Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ bir yox, iki nüvə düşməni ilə üzləşib... 

Vaşinqton belə bir vəziyyəti öncədən görmürdü və buna hazır deyildi...

Son dövrlər dünyanın iri dövlətləri arasında cərəyan edən geostrateji mübarizənin təzahürləri ilə tez-tez rastlaşırıq və bu, özünü daha çox Avrasiya materikində büruzə verir. ABŞ başda olmaqla, Qərb dünyasına qarşı Çin və Rusiya birliyinin formalaşması prosesi gedir. Bunun nəticəsində qütbləşmənin vüsət alacağı gözlənilir ki, bu da özü ilə bərabər yeni reallıqlar gətirəcək.

“Soyuq Müharibə” zamanı böyük nüvə gücləri olan ABŞSSRİ arasındakı gərgin mübarizə beynəlxalq dairələri və dünya ictimaiyyətini ən çox narahat edən məsələ idi. Hazırda isə Rusiya və Amerika rəsmilərinin getdikcə güclənən nüvə ritorikası daha sərt və riskli qarşıdurmadan xəbər verir.

ABŞ Konqresində nüvə silahları ilə bağlı məsələ yenidən gündəmə gətirilir. Belə ki, ABŞ Konqresi nəzdindəki müvafiq komissiya qərara gəlib ki, Vaşinqton əlavə nüvə silahı yaradılması və onun yerləşdirilməsi imkanlarını nəzərdən keçirsin. Həmin komssiyanın hazırladığı analitik hesabat ABŞ-nin geostrateji mübarizədə nüvə silahına xüsusi önəm verməsini tövsiyə edir.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-nin “Responsible Statecraft” internet portalı “ABŞ-nin strateji doktrinasına yeni baxış” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

”Dünyanın hər yanında müharibədir: Ukraynada, İsraillə Fələstində, Somalidə, Efiopiyada, Sudanda, Liviyada, Suriyada, Yəməndə, Dağlıq Qarabağda hərbi fəaliyyətlər gedir, Nigerdə, Burkina-Fasoda, Qvineyada, Çadda və Malidə çevrilişlər baş verir, digər ölkələr isə vətəndaş müharibəsi və hətta dövlətlərası münaqişə həddindədirlər. Bu cür qeyri-sabit vəziyyətdə super güclərin sürətli nüvə silahı yarışına başlaması bizi maraqlandıran əsas məsələdir.

 

ABŞ Konqresi nəzdindəki komissiyanın hesabatı Stenli Kubrikin 1964-cü ildə çəkdiyi “Doktor Strenynclav və ya mən qorxmağı dayandırdım, bombanı necə sevməyə başladım” filmini xatırladır. Həmin film nüvə doktrinalarının absurdluğundan, dövrün siyasi və hərbi liderlərinin ağılsız məntiqindən bəhs edərək, ən ölümcül nəticələrə gətirib çıxaracaq mövzuya istehza ilə yanaşır.

Konqresin komissiyasının yeni hesabatı mövcud siyasi mühitin “Soyuq Müharibə”nin ən qızğın vaxtından da təhlükəli olmasını qeyd etməklə yanaşı, daha riskli təklif irəli sürür. Bu komissiyanın işi barəsində kimin nə fikirləşməsindən asılı olmayaraq, onun təklifləri super güclər arasında müharibə risklərini yüngülləşdirmək əvəzinə, onu daha da artıracaq.

Komissiyanın apardığı təhlil və verdiyi tövsiyələr indiki geosiyasi reallıqdan fəqrlənir və təlaşla doludur. Həmin hesabatın əvvəlində ABŞ-nin qarşılaşdığı problemlərə belə qiymət verilir: “Yeni qlobal vəziyyət keçmişdə müşahidə edilən “Soyuq Müharibə”nin ən qaranlıq günlərindən kəskin fərqlənir. Hazırda ABŞ beynəlxalq status-kvonu zərurət yarandığı təqdirdə dəyişməyə çalışan bir yox, iki nüvə düşməni ilə üzləşib. Birləşmiş Ştatlar belə bir vəziyyəti öncədən görmürdü və buna hazır deyildi”.

 

İlk olaraq onu bildirək ki, Rusiyanın və ya Çinin qlobal hökmranlığa can atması və prinsipcə buna nail olub-olmaması hələ heç də aydın görünmür. Putinin Ukraynada nələrəsə nail olmasına baxmayaraq, döyüşlər Rusiyanın hərbi potensalındakı dərin boşluqları üzə çıxarıb. Bu, onu göstərir ki, Rusiya nəinki qlobal miqyasda, heç NATO-nun 31 üzvündən hansısa birini təhdid etmək imkanında deyil. Özünü müdafiə üçün Ukraynaya lazım olan yardımlar verilməlidir, ancaq bu münaqişə ilə Rusiyanın bütün beynəlxalq sistemi zor gücünə sındıra biləcəyi barədə səsləndirilən bəyanatlar həqiqəti əks etdirmir.

Çinə gəlincə isə onun Amerikaya qarşı əsas problemi öz təbiətinə görə hərbi yox, siyasi və iqtisadi xüsusiyyət daşıyır. Onun artan hərbi qüdrəti Tayvanın güc yoluyla nə vaxtsa ələ keçirilməsi də daxil olmaqla, əsasən öz regionunda cəmlənib. Amma Tayvan üzündən meydana çıxan Amerika-Çin münaqişəsinin qarşısını almağın ən yaxşı yolu sülhü qoruyacaq “vahid Çin” statusu məsələsində ümumi anlaşmaya gəlməkdir. Bu, o deməkdir ki, ABŞ Tayvanın siyasi müstəqilliyinə verdiyi dəstəyi durduracaq, Çin isə öz növbəsində ada ilə zor gücünə birləşmək ideyasından imtina edəcək.

 

“Quincy Institute”-un aparıcı əməkdaşı Ceyk Vernerin son məqaləsində təklif etdiyi kimi Tayvan məsələsi ümumi mənafeyə əsaslanan fikir ayrılıqlarının həll olunmasıyla asanlaşdırıla bilər. İqlim dəyişikliyi və gələcək pandemiyalar kimi ekzistensial təhlükələrlə mübarizə aparmaq üçün əməkdaşlıq etmək, sərt bəyanatlar verməkdən və döyüşkən bəlağətdən üstün olmalıdır. Silahlarla gövdə göstərmək və hərbi gücün artırılması Tayvan uğrunda müharibəni yalnız yaxınlaşdıracaq ki, bu da maraqlı tərəflər üçün fəlakətli nəticələr verəcək .

ABŞ-nin hazırkı nüvə arsenalı 4500 uzunmənzilli raketlərdən ibarətdir. Bu, Rusiya və ya Çini ABŞ -a hücum etməkdən və həmçinin də qarşılıqlı məhv olmadan “çəkindirmək” üçün kifayətdir. Ancaq bu cür böyük nüvə arsenalının özü nüvə qarşıdurması riski yaradır (istərsə təsadüfi qəza və ya səhv hesablama nəticəsində). ABŞ Konqresinin tövsiyə etdiyi silahlanma yarışı isə gərgin olan vəziyyəti yalnız daha da pisləşdirəcək.

Təəssüf ki,hesabatda döyüşkən mövqe tutmaq tövsiyəsi daha qabarıq görünür. Belə ki, Pentaqon 30 illik müddətə hesablanmış və 2 trilyon dollar dəyərində yeni nüvə raketləri, bombardmançı təyyarələr və həmçinin də yeni nüvə başlıqların hazırlanması təşəbbüsü ilə çıxış edir.

 

Çox təəccüblüdür ki, komissiya bu investisiyaların kifayət etmədiyini düşünür və ABŞ-nin əlavə nüvə silahları yaratması məsələsinə yenidən baxmasını tövsiyə edir. Bununla yanaşı, komissiya xeyli sayda döyüş başlığı olan və quruda bazalaşan raketlərə qayıdış və onların Şərqi Asiyada yerləşdirilməsi kimi təhlükəli və sabitliyi pozacaq addımları dəstəkləyir. Bu addımlar Çin və Rusiyanın davranışlarına qeyri-müəyyənlik gətirəcək və nüvə qarşıdurması riskini artıracaq.

Komisyyanın hesabatı hədsiz xərclərlə nüvə risklərini artırmaqla yanaşı, ilk əvvəlcə nüvə arsenalını genişləndirməyə və yalnız bundan sonra silahlara nəzarət üzrə vacib müqavilələr barədə düşünməyə çağrır. Belə bir yanaşma tamamilə səhvdir və üçtərəfli silahlanma yarşı təhlükəsi yaradır.

Tarixi kontekstdən yanaşdıqda Konqresin bəzi komissiyaları hökumətin siyasətində əhəmiyyətli iz qoymadan gəlib gediblər. Ümid edək ki, strateji döktrina üzrə komissiyanın tövsiyələri də məhz bu kateqoriyaya aid olacaq. Amma hər halda çox ehtimal ki, silhlanma“şahinləri” və hətta mötədillər bu hesabatı nüvə potensialının artırılması üçün arqument kimi önə sürəcəklər. Məsələ ondadır ki, bu proses nəinki hədsiz dərəcədə bahalıdır, həm də çox risklidir.

Silahsızlaşdırma tərəfdarları öz etirazlarını Konqresə, Ağ Ev administrasiyasına və geniş ictimaiyyətə aydın şəkildə çatdırmalıdırlar. Biz “Soyuq Müharibə” zamanındakı nüvə silahı yarışından sağ çıxa bildik və bundan sonra bir daha həmin risklərə getməməliyik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar